Adı abad, özü bərbad Mehdiabad » Memur.az

Adı abad, özü bərbad Mehdiabad

Adı abad, özü bərbad Mehdiabad
Adı abad, özü bərbad Mehdiabad

Bu qəsəbənin adı Mehdiabad olsa da, yollarının vəziyyəti ona Mehdibərbad deməyə imkan verir. Qəsəbə sakinləri yazır ki, Mehdiabadın problemləri həllini tapmır. Qəsəbənin “Üzümçü” (Qaz idarəsi deyilən ərazi) küçəsində vəziyyət acınacaqlıdır. Küçədə vaxtı ilə normal asfalt örtüyü olub, ancaq 2012-ci ildə qaz və su xətlərinin çəkilməsi ilə əlaqədar yollar qazılıb və bərbad hala düşüb. Hal-hazırda bu ərazidən nəinki avtomobillə, hətta piyada keçmək mümkünsüz olub. Sakinlər xahiş edirlər ki, aidiyyəti qurumlar heç olmasa, 2 maşın torpaq alıb bu biabırçılığı “basdırsınlar”.

Abşeron rayon Mehdiabad qəsəbə nümayəndəliyi və bələdiyyə ilə gün ərzində əlaqə saxlamayıb tam məlumatı sizlərə çatdıracağıq