Parlamentdə hazırkı deputatlardan 23-ü qalacaq » Memur.az

Parlamentdə hazırkı deputatlardan 23-ü qalacaq

Parlamentdə hazırkı deputatlardan 23-ü qalacaq

YAP namizədlər siyahısında total dəyişiklik edib

Azərbaycan hakimiyyəti payızda keçiriləcək parlament seçkilərinə hazırlığı qapalı formada həyata keçirir. Seçkilərə start verilməsinə 20 gün qalmış hakim Yeni Azərbaycan Partiyası (YAP) hələ də namizədlərinin siyahısını açıqlamayıb.

JAM.AZ xəbər verir ki, hakim partiyanın siyahısını açıqlamaqda tələsməməsi səbəbsiz deyil. Mənbələrin verdiyi məlumatlarda vurğulanır ki, bu il namizədliyi irəli sürüləcək namizədlərin kimliyi rəsmilərə məlumdur. Amma onların üzərində bəzi düzəlişlərin olacağı da istisna deyil. Xüsusən də kritik hesab olunan dairələrdən kimlərin namizəd ola biləcəyi əsas müzakirə mövzusudur.

Mənbələr bildirir ki, YAP-ın siyahısı heç də mütləq olaraq namizədlərin hamısının mandat alacağına dəlalət eləmir. Amma 73 nəfərin partiyadan parlamentə düşməsi təmin edilmiş məsələdir. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, hazırkı parlamentdə təmsil olunan deputatlardan yalnız 23-ü mandat sahibi olacaq. Digərlərinin isə yenidən seçilmək imkanının olmayacağı vurğulanır.