Beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb

sosial sebeke

Beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıbBeynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb.

“Report” xəbər verir ki, onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya və Sent-Lüsiyadan olan səyyahlar dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatının üzvləridir.
Xatırladaq ki, son 2 il ərzində dünyanın əsas beynəlxalq səyahət şəbəkələrinin komandaları 2021-ci ildə 1, 2022-ci ildə 4 və 2023-cü ildə 2 dəfə olmaqla, Qarabağa və Şərqi Zəngəzura 7 dəfə səfər ediblər.

SON XƏBƏRLƏR