İlham Əliyev dünənki erməni təxribatından DANIŞDI
siyaset
12-04-2023, 14:16
216

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb.
Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentə toxunan Azərbaycan Prezidenti bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu vurğulayıb.