AZƏRTAC xəbər verir ki, bu fikirləri Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov Prezident İlham Əliyev ilə görüşdə söyləyib.
Səfir vurğulayıb ki, Azərbaycan-Bolqarıstan münasibətləri yalnız strateji xarakter daşımır, onlar həm də dost münasibətləridir. Ruslan Stoyanov dövlətimizin başçısı ilə söhbətində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyətinə də toxunub.
