Bu dəfə Ukraynanı rəsmən parçalayırlar? » Memur.az

Bu dəfə Ukraynanı rəsmən parçalayırlar?

Bu dəfə Ukraynanı rəsmən parçalayırlar?

Putin, Merkel və Olland Ukraynanı müzakirə etdilər
Moskvada Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında üçtərəfli görüş olub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Danışıqlar ötən gün saat 19:30-da başlayıb və gecə yarısına qədər davam edib. Danışıqlar ümumilikdə 6 saat çəkib. Görüşü işıqlandırmaq üçün yüzlərlə jurnalist gəlsə də, onlar danışıqlar otağının çöl tərəfində qalıblar.

Danışıqların nəticəsi olaraq fevralın 8-də "normand formatında" 4 tərəfli (Rusiya, Ukrayna, Almaniya, Fransa) telefon danışıqları baş tutacaq. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov məlumat verib.