Zaur Mikayılov milyonları Xəlil Göyüşova ÖTÜRÜR - BU DA FAKT!!! » Memur.az

Zaur Mikayılov milyonları Xəlil Göyüşova ÖTÜRÜR - BU DA FAKT!!!

Zaur Mikayılov milyonları Xəlil Göyüşova ÖTÜRÜR - BU DA FAKT!!!“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Xaçınçay su anbarının 7 km -lik magistral kanalla birlikdə təmiri və bərpası ilə bağlı elan etdiyi açıq tenderinin qalibini açıqlayıb.

 9.903 milyon manatlıq tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC-dir.

Xatırladaq ki, "Körpü-Bina-Tikinti" MMC bundan əvvəl Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının çəkilməsi üzrə 472 179 min manatlıq tenderini qazanıb (16.12.2021).

Bunlar da son deyil və ümumiyyətlə adı yerli KİV-də kifayət qədər qaranlıq işlərdə hallandırılan "Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Onun adı ilə bağlı olduqca ağır ittihamlar var. Pul qaçaqmalçılığından tutumuş büdcə oğurluğuna qədər...

Bununla bağlı daha geniş materialımız olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...