Prezident Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat ayırdı » Memur.az

Prezident Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat ayırdı

Prezident Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat ayrılacaq. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.