Nazir polis mayoruna yeni vəzifə verdi » Memur.az

Nazir polis mayoruna yeni vəzifə verdi

Nazir polis mayoruna yeni vəzifə verdiDaxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Azad Məmmədov Göyçay Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.

O, bundan əvvəl Ağdaş RPŞ-də İstintaq qrupunun baş müstəntiqi olub.