Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib » Memur.az

Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib

Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib
Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib
Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib
Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib
Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib
Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib
Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib

07.02.2015
14:49

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün Münxendə görüşü olub.

Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirildi. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı. Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edildi, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırıldı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Münxendə görüşü olub.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin faydalı qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olundu.

Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

----------------
06.02.2015
22:24

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Avropa Şurasının baş katibi Torbyorn Yaqland ilə görüşüb.

Görüşdə Azərbaycanda gedən demokratik proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Münxendə Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı, xalqlarımız arasında dostluq münasibətlərinin əlaqələrimizin inkişafına öz töhfəsini verdiyi qeyd edildi. Azərbaycanın Serbiya iqtisadiyyatında, o cümlədən bu ölkədə yol inşası sahəsində uğurla iştirak etdiyi diqqətə çatdırıldı. Bu görüşün əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı perspektivlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirildi.

Söhbət zamanı Azərbaycanın xarici ölkələrə fəal şəkildə sərmayə qoymasının əhəmiyyəti vurğulandı. Serbiya tərəfinin Azərbaycan şirkətlərinin bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrində iştirakının genişləndirilməsində maraqlı olduğu bildirildi.

Görüşdə energetika sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edildi, ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Fransa Respublikasının müdafiə naziri Jan-İv Lö Drian ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin son illərdə müxtəlif sahələr üzrə intensiv inkişaf etdiyi bildirildi. Bu əməkdaşlığın nəticəsi olaraq ötən il Azərbaycanın ikinci peykinin istismara verilməsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Azərbaycan və Fransa prezidentlərinin qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına, əməkdaşlığın yeni sahələrinin müəyyən olunmasına təkan verdiyi diqqətə çatdırıldı. Əlaqələrimizin müdafiə sənayesi sahəsində də genişləndiyi bildirildi.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Münxendə keçmiş Yuqoslaviya Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Enerji, gömrük, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. Bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.