Pakistan Hindistanı Kəşmirdə atəşkəsi pozmaqda ittiham etdi » Memur.az

Pakistan Hindistanı Kəşmirdə atəşkəsi pozmaqda ittiham etdi

Pakistan Hindistanı Kəşmirdə atəşkəsi pozmaqda ittiham etdiPakistan XİN-i Hindistanı Kəşmirdə yerləşən nəzarət xəttində atəşkəsi pozmaqda ittiham edib.

“TASS” xəbər verir ki, mayın dördü Hindistan tərəfinin açdığı atəş nəticəsində altı mülki şəxs yaralanıb.

“Bu cür düşünülməmiş addımlar 2003-cü ildə əldə edilmiş atəşkəs barədə anlaşmanı pozur və tamamilə insan haqlarına ziddir. Hindistanın bu hərəkəti bölgədə sülh və təhlükəsizliyə təhdid yaradır. Rəsmi Deli imzaladığı anlaşmalara hörmət etməlidir”, - deyə Pakistan XİN-nin bəyanatında deyilir.