Məzahir Pənahovdan sərt XƏBƏRDARLIQ: “Onlar haqqında ciddi ölçü götürüləcək” » Memur.az

Məzahir Pənahovdan sərt XƏBƏRDARLIQ: “Onlar haqqında ciddi ölçü götürüləcək”

Məzahir Pənahovdan sərt XƏBƏRDARLIQ: “Onlar haqqında ciddi ölçü götürüləcək”Sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq.

Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərlə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

MSK sədri bildirib ki, paylaşılan məlumatlarla bağlı ciddi ölçü götürüləcək:

“Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, bu məsələlərlə bağlı qanunvericiliyə uyğun addımlar atılacaq. Prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi görünür ki, qeyri-ciddi insanlardır, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”.