Birgə yaşadığı kişidən şikayət etdi: pedofiliyada şübhəli bilinir » Memur.az

Birgə yaşadığı kişidən şikayət etdi: pedofiliyada şübhəli bilinir

Birgə yaşadığı kişidən şikayət etdi: pedofiliyada şübhəli bilinirPaytaxtın Suraxanı rayonu ərazisində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər olunması ilə bağlı həyəcan siqnalı daxil olub.

Oxu.Az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 14 yaşlı Rusiya vətəndaşı atalığının onu müntəzəm şəkildə zorlamasından şikayət edib.

Qaraçuxur sakini 46 yaşlı N.D. iyulun 27-də Suraxanı rayonu 32-ci polis bölməsinə müraciət edib. O bildirib ki, Quba rayon sakini, vətəndaş nikahında yaşadığı 36 yaşlı S.Məmmədov həmin gün təxminən günorta saat 16.00 radələrində onun 14 və 8 yaşlı qızlarını döyüb. "Ər"in bədnam əməlləri də həmin vaxt ortaya çıxıb. Ana böyük qızının daim atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını öyrənib.

Hazırda hüquq-mühafizə orqanları kişinin zorlama hadisəsində günahkar olub-olmaması faktını araşdırır. Məsələ ilə bağlı müvafiq məhkəmə-tibbi ekspertizaları təyin edilib.