Maaş ala bilməyən işçilər intihar həddinə çatıb - Sumqayıtdan şikayət var » Memur.az

Maaş ala bilməyən işçilər intihar həddinə çatıb - Sumqayıtdan şikayət var

Maaş ala bilməyən işçilər intihar həddinə çatıb - Sumqayıtdan şikayət var

Sumqayit “Azerboru” ASC-nin Yunus adlı işçisi musavat.com-a müraciət edərək, haqsızlıqdan bezdiklərini bildirib. O, 3 aydır ki, işçilərin maaş ala bilmədiklərini qeyd edib:

“Baku Steel Company” şirkəti zavodumuza yiyələnib. Onlar zavodu alan gündən işçilərin vəziyyəti ən aşağı səviyyə düşüb. İşçilər intihar həddinə çatıblar. Bu il Ramazan bayramənda pulumuzu vermədilər. Ailələrimiz bayramı ac keçirdi. Maaşları ala bilmədikdə banklara borcumuzu da vaxtında ödəyə bilmədik. Banklar tərəfindən məhkəməyə verildik. Xəstəmizə dərman, uşaqlarımıza paltar ala bilmirik. İşçilərin çoxu zavodun yeni rəhbəri Həsən Muradovu tanımır. Çünki, hələ H. Muradovu zavod ərazisində görməmişik. Digər rəhbər Oktay Rəfiyev isə şikayət ediləndə qapını göstərərək “Kimə sərf etmir getsin”, deyir. Bəs özləri niyə zavodu düzgün işlədə bilmədikləri üçün çıxıb getmirlər? İnanırıq ki, bu rəzalət Prezident İlham Əliyevdən gizlədilir”.

Şikayətçı daha sonra qeyd edir ki, "youtube" internet saytında “Azərboru 911” adlı kanalda müraciətləri yer alıb. Şikayətçinin sözlərinə görə, elə həmin kanalda rəhbər də çıxış edir və bildirir ki, işçilərin maaşları 1100 manatdır: "Baku Steel Campany” şirkətinin rəhbəri Rasim Məmmədov elə həmin videolardan birində qeyd edir ki, işçilərin maaşı 1100 manatdır. Lakin bizim zavod öz fəhlələrini 150-200 manata işlədir. Üstəlik, aylarla maaş vermir. Boru yayma sexinin məsul işçisi Həmid adlı şəxs də bu sexdə işləyənləri bezdirib. Bütün sexlərdə vəziyyət oxşardır. Xəstələnən işçilərə də məzuniyyət verilmir. Bunun üçün bütün xəstəxanalara xəbərdarlıq edilib. Zavodun Həmkarlar komitəsinin sədri də rəhbərliklə iş birliyinə girdiyi üçün bizə kömək etmir”.

Redaksiyamıza daxil olan məktubda deyilir ki, haqları tapdananlar son çarə olaraq musavat.com-a yazıblar. Biz onların ümidlərini qırmamaq üçün bu yazını dərc etdik. İnanırıq ki, mövzu ilə əlaqədar olan hər kəs bu məsələyə reaksiya verəcək. Xüsusi ilə, Sumqayıtın yeni rəhbəri Zakir Fərəcovun bu şikayətlə yaxından maraqlanacağına da əminliyimizi bildirirk.

Yazıda adları çəkilən hər kəsə, özləri istədikləri halda, cavab imkanı tanınacaq.