Şəki TKQ-nın rəisinin topdağıtmaz sərvəti-İDDİA » Memur.az

Şəki TKQ-nın rəisinin topdağıtmaz sərvəti-İDDİA

Şəki TKQ-nın rəisinin topdağıtmaz sərvəti-İDDİA

Məhəmməd Əhmədovun bir neçə dükanı, bir o qədər də mənzilləri var

Ötən gün Şamaxı Telekommunikasiya Qovşağının rəisindən şikayətçi düşən qurumun kollektivi bir sıra iddialarda bulunmuşdular. JAM.AZ-a müraciət ünvanlayan Şamaxı TQK-nın kollektivi vurğulamışdı ki, Faiq Hümbətov bir sıra özbaşınalıqlarla yanaşı, həm də bəzi qanunsuzluqlara yol verir.

Həmin müraciətdə qeyd edilirdi ki, Faiq Hümbətov böyük maddi imkanlara sahib olmaqla yanaşı, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalova Şamaxının Məlhəm kəndində 1 milyon dəyərində istirahət mərkəzi tikidirib.

Bu gün JAM.AZ-a daha bir müraciət daxil olub. Bu dəfə Şəki Telekommunikasiya Qovşağının rəisi Məhəmməd Əhmədovdan bəhs olunur. Həmin məlumatda deyilir ki, Məhəmməd Əhmədov uzun illərdir bu sahədə çalışır və özünün böyük maddi imkanları ilə tanınır.

Məlumatı göndərən şəxslər iddia edirlər ki, Şəki TQK-nın rəhbərinin elə işlədiyi bina ilə üz-üzə böyük kişi geyimləri dükanı, TQK-nın binası ilə üzə-üzə binada hər biri 3 otaqlı olmaqla 2 mənzili, Soyuq bulaq deyilən ərazidə villası,Şəki bazarında Qızıl mağazası var. Bundan başqa, onun Gülab evinin yolun üstündəki 2 mağasasını icarəyə verdiyi də vurğulanır.

Həmçinin onun Şəki şəhəri, Mümtaz küçəsində də daha bir dükanının olduğu deyilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.