Hulusi Akar: “Türkiyə Qafqazda əmin-amanlığın bərqərar olması üçün böyük səylər göstərir” » Memur.az

Hulusi Akar: “Türkiyə Qafqazda əmin-amanlığın bərqərar olması üçün böyük səylər göstərir”

Hulusi Akar: “Türkiyə Qafqazda əmin-amanlığın bərqərar olması üçün böyük səylər göstərir”“Türkiyə Qafqazda sabitliyə böyük əhəmiyyət verir, bu bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün böyük səylər göstərir”.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Erciyes Universitetinin yaradılmasının 44-cü ildönümü münasibətilə tətbiq edilən tədbirdəki çıxışında bildirib.

“Can qardaşımız Azərbaycan 30 il davam edən işğaldan sonra öz torpaqlarını, Qarabağı 44 gün davam edən müharibədə “bir vətən” devizi ilə Ermənistanın işğalından azad edib. Bu müddətdə haqlı mübarizəsində azərbaycanlı qardaşlarımızın yanında olan Türkiyə bundan sonra da bütün imkanları ilə, “bir millət, iki dövlət” devizi ilə qardaşlarımızın yanında olmağa davam edəcək”, - deyə o qeyd edib.