Ərdoğan Türkiyənin niyə Rusiyadan S-400-lər aldığını izah etdi » Memur.az

Ərdoğan Türkiyənin niyə Rusiyadan S-400-lər aldığını izah etdi

Ərdoğan Türkiyənin niyə Rusiyadan S-400-lər aldığını izah etdi“ABŞ “Patriot” komplekslərini satsaydı, Türkiyə Rusiyadan S-400 hava müdafiə sistemlərini almazdı”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin alınmasının ABŞ-la münasibətlərinə təsirlərindən də danışıb.

“Düşünürəm ki, buna dəyərdi... İstədiyimiz kimi müdafiəmizi gücləndirmək haqqımız var”, - deyə Ərdoğan vurğulayıb.

Eyni zamanda o, rəsmi Vaşinqton ilə münasibətləri qorumağın və gücləndirməyin lehinə olduğunu açıqlayıb.

Mənbə: “New York Times”