Təhsilin keyfiyyətinə nələr təsir edir: Nazir AÇIQLADI » Memur.az

Təhsilin keyfiyyətinə nələr təsir edir: Nazir AÇIQLADI

Təhsilin keyfiyyətinə nələr təsir edir: Nazir AÇIQLADI“15 mart tarixindən start verdiyimiz və təhsilin keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsinə yönəlmiş sorğu çərçivəsində 10 812 rəy qəbul edilib”.

Memur.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, sorğunun nəticəsinə əsasən, təhsilin keyfiyyətinə təsir edən amillər sırasında müəllimlərin peşəkarlıq səviyyəsi 33,3 faizdir:

“Məktəbin maddi-texniki təchizatı (bina, istilik, İKT təminatı və fənn laboratoriyaları) 17,3 faiz, valideyn amili (ailə mühiti, dəstək, təhsilə münasibət, məsuliyyət) 15,2 faiz, məktəb rəhbərlərinin fəaliyyəti 10 faiz, məktəbdə psixoloji mühit 8,2 faiz, dərsliklər 5,5 faiz təşkil edib. Bütün amilləri qeyd edənlər isə sorğuda iştirak edənlərin 7,2 faizini təşkil edib”.