DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur » Memur.az

DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur

DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulurDaxili İşlər Nazirliyinin əməkdaşlarının COVID-19 infeksiyasına qarşı vaksinasiyası davam etdirilir.

Memur.Az-ın məlumatına görə, daxili işlər orqanlarında çalışan şəxslərin koronavirus əleyhinə peyvəndlənmə prosesi növbəlilik prinsipi əsasında aparılır.

Hazırda polis orqanlarında çalışanların birinci və ikinci doza üzrə vaksinasiyası davam etdirilir.

Prosesin məqsədi pandemiyanın qarşısının alınması, koronavirusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasıdır.

Xatırladaq ki, yanvarın 18-dən koronavirus əleyhinə vaksinasiya prosesinə start verilib. Paytaxt üzrə ərazi polis orqanlarının əməkdaşlarının vaksinasiya prosesi isə fevral ayında başlanılıb.