Çex Respublikası pandemiyaya qarşı gücsüzlüyünü etiraf etdi » Memur.az

Çex Respublikası pandemiyaya qarşı gücsüzlüyünü etiraf etdi

Çex Respublikası pandemiyaya qarşı gücsüzlüyünü etiraf etdiÇex Respublikasının pandemiya qarşısında aciz olduğu ortaya çıxdı – məhdudiyyətlər işə yaramadı, çünki əhali onlara riayət etmədi.

Bunu CT24-ə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Yan Blatnı açıqlayıb:

“Koronavirusla əlaqəli bir çox məhdudiyyətlər qoyulduğundan insanların yorğunluğu başa düşüləndir. Ancaq bu məcburi tədbirlər olmadan pandemiyanı heç vaxt məğlub etməyəcəyik”.

O qeyd edib ki, əvvəlcə infeksiyaların sayı azalıb, lakin insanların tədricən məhdudiyyətlərə riayət etməməsi yeni yoluxmalara səbəb olub.

Blatnı əlavə edib ki, səlahiyyətli şəxslərin gücsüzlüyü eyni zamanda, koronavirusun “Britaniya ştammı”nın yayılması ilə də əlaqədardır.

Xatırladaq ki, koronavirusun yeni mutasiyası ilk dəfə Britaniyada 2020-ci ilin sentyabrında aşkarlanıb, dekabr ayında aktiv şəkildə yayılmağa başlayıb.