Tarix : 8-11-2020, 21:19 | Bölmə: musahibe

Milli qürur günümüz mübarək!8 May 1992-ci ildə -28 il 6 ay bundan əvvəl qədim Şuşamız naxələf düşmən tərəfindən işğal olundu. Bu illər ərzində müqəddəs torpağımız Paşinyan kimi namərdlərin (bu namərdlərinin hamısının adını çəkməyə sosial şəbəkələrimizin imkanı da yetməz) oylağına, kef məkanına çevrilmişdi. Bizlərə göz dağı verirdilər. Düşmən Şuşanın işğal əməliyyatına “dağlarda toy” kod adını vermişdi.

08 noyabr 2020 -ci ildə Müzəffər Ordumuz ALİ Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yağı düşmənə əsl toy tutdu, “toylarını” matəm günlərinə çevirdi. Ali Baş Komandanımız dəmir yumruğun, əsl Lider iradəsinin, Prezident və Xalq birliyinin, güclü ordunun nə demək olduğunu düşmənə başa düşəcəyi dildə başa saldı. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Ali Baş Komandanımız bu gün xalqa müracətində haqq savaşımızın hələ bitmədiyini açıq şəkildə ifadə edib düşmənə layiq olduğu ismarıcını da göndərdi: “Biz dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik”. Xanın kəndi, hələ də işğal altında qalan torpaqlarımız ordumuzun yolunu səbrsizliklə gözləyir. İnşAllah o günə də çox az qalıb. Allah Ali Baş Komandanımıza, Xalqımıza, Ordumuza yar olsun, Azərbaycanı sevənləri və ona xidmət edənləri qorusun!
Milli Qürur günümüz mübarək olsun!

Milli Məclisin deputatı

Ülvi Quliyev

Oxşar xəbərlər