COVID-19 virusuna yoluxan Tramp Ağ Evə qayıtdıqdan sonra maskasını çıxarıb » Memur.az

COVID-19 virusuna yoluxan Tramp Ağ Evə qayıtdıqdan sonra maskasını çıxarıb

COVID-19 virusuna yoluxan Tramp Ağ Evə qayıtdıqdan sonra maskasını çıxarıbMerilenddəki Volter Rid adına Milli Hərbi Tibb Mərkəzindən Ağ Evə qayıtdıqdan sonra koronavirusa yoluxan ABŞ Prezidenti Donald Tramp tibbi maskadan istifadə etməyib, bu isə qəzəbə səbəb olub.

Bu barədə “Guardian” xəbər verir.

ABŞ liderinin işçilərinə yaxın olmasına baxmayaraq, fotosessiya üçün maskanı çıxardığı qeyd olunur.

Daha sonra Tramp onu gətirən helikopter vasitəsilə havaya qalxarkən kütləyə əl edib. Ardınca prezident iqamətgahına daxil olub.

Tramp üç gün müddətində koronavirusdan müalicəsi aldığı Merilenddəki Volter Rid adına Milli Hərbi Tibb Mərkəzindən oktyabrın 5-i ayrılıb. ABŞ lideri müalicə kursunu Ağ Evdə davam etdirəcək.