Yeni tədris ilində müəllimlərin maaşı azaldıla bilər? - AÇIQLAMA » Memur.az

Yeni tədris ilində müəllimlərin maaşı azaldıla bilər? - AÇIQLAMA

Yeni tədris ilində müəllimlərin maaşı azaldıla bilər? - AÇIQLAMATəhsil Nazirliyinin rəsmi “Facebook” hesabında yeni tədris ili ilə bağlı gedən müzakirələrdə müəllimlərin maaşı məsələsinə də toxunulub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib ki, hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri olmayacaq:

“Mövcud layihədə dərs saatlarının bir hissəsi məktəbdə, digər hissəsi onlayn keçiriləcək. Ənənəvi tədris planları qalacaq. Buna görə müəllimlərin əməkhaqqında heç bir azalma nəzərdə tutulmur”.