Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandı » Memur.az

Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandı

Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandıBu gündən Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzin bahalaşıb.

“SOCAR Petroleum” şirkətindən APA-ya verilən məlumata görə, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.

“Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır”, - şirkətdən qeyd ediblər.

Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi.

Xatırladaq ki, sözügedən “Premium” markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.