Qazaxıstanın hökumət başçısı özünü təcrid etdi » Memur.az

Qazaxıstanın hökumət başçısı özünü təcrid etdi

Qazaxıstanın hökumət başçısı özünü təcrid etdiQazaxıstanın baş naziri Əsgər Mamin özünü təcrid edib.

Bu barədə “Sputnik” xəbər yayıb.

Məlumata görə, iki gün əvvəl hökumət başçısı səhiyyə naziri Yeljan Birtanovun müşayiəti ilə Cambul vilayətinə gedib. Dünən isə Y.Birtanov koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu səbəbdən baş nazir hökuməti iki həftə distant rejimdə idarə edəcək.