İrandan Azərbaycanla sərhədin son vəziyyəti ilə bağlı AÇIQLAMA » Memur.az

İrandan Azərbaycanla sərhədin son vəziyyəti ilə bağlı AÇIQLAMA

İrandan Azərbaycanla sərhədin son vəziyyəti ilə bağlı AÇIQLAMA“İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında gediş-gəliş əvvəlki kimi deyil”. 

Bu barədə Memur.Az-a İranın Azərbaycandakı səfirliyindən iki ölkə arasındakı sərhədin son vəziyyəti ilə bağlı verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb:“Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir. Həmçinin, Azərbaycan rəsmiləri öz vətəndaşlarının İrana səfər etməsinə də icazə vermir.

Lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməlidirlər və koronavirusa yoluxma halları qeydə alınarsa, karantinə alınacaqlar. 

Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar. 

Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda, bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur. Səfirlik  İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir”.