Yaponiyada satışa bərk mayonez buraxılacaq » Memur.az

Yaponiyada satışa bərk mayonez buraxılacaq

Yaponiyada satışa bərk mayonez buraxılacaqYaponiyanın “Bourbon” şirkəti satışa bərk mayonez buraxmağa hazırlaşır.

“SoraNews24” xəbər verir ki, şirkətin nümayəndələri məhsulun dilimlər şəklində olduğu üçün insanların daha rahat buterbrod hazırlayacağını qeyd edir.

Satışa iki növ mayonez buraxılacaq: biri tuna balığı dadı ilə, digəri – mintay kürüsü.

Qeyd etmək lazımdır ki, martın 2-i satışa buraxılması nəzərdə tutulan məhsulun hər paketində dörd dilim mayonez olacaq.