Çin hökuməti vətəndaşlarına başqa dövlətlərə getməyə icazə verdi » Memur.az

Çin hökuməti vətəndaşlarına başqa dövlətlərə getməyə icazə verdi

Çin hökuməti vətəndaşlarına başqa dövlətlərə getməyə icazə verdiÇinin Uhan şəhərində yerli sakinlərə yeni növ koronavirusa yoluxmamaq üçün başqa ölkələrə köçürülmə icazəsi verilib.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi təmsilçisi Qen Şuan açıqlama verib.

“Çin vətəndaşları və onların xarici vətəndaş olan qohumları bir təyyarədə ölkədən çıxa bilərlər. Əgər onlar istəsələr, öz ailələri ilə şəhəri tərk etmələrinə icazə verilir”, - deyə o bildirilib.

Uhan sakinlərindən çoxu köçməkdən imtina edib, xarici vətəndaşlar öz qohumlarını qoyub getməyiblər.

Qeyd edək ki, ötən gün ərzində Uhan əyalətində 14840 virusa yoluxma faktı qeydə alınıb.

Xəstəxanalarda olan 33000 nəfərin 3441-i evə buraxılıb. Ümumilikdə 60 min adam koronavirusa yoluxub, 1360-ı isə bu virusdan ölüb.