Yeni orfoqrafiya lüğətinin dərc olunacağı vaxt açıqlandı » Memur.az

Yeni orfoqrafiya lüğətinin dərc olunacağı vaxt açıqlandı

Yeni orfoqrafiya lüğətinin dərc olunacağı vaxt açıqlandıAzərbaycan dilinin yeni orfoqrafiya lüğəti bu ilin sonunda dərc olunacaq.

Bu barədə Memur.Az-a AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.

O bildirib ki, lüğət artıq çapa verilib:

“Son zamanlar hər kəs lüğətin nə zaman dərc olunacağı ilə maraqlanır. Artıq orfoqrafiya lüğəti çapdadır. Lüğətdə yeni sözlər öz əksini tapacaq. Kitab bu ilin sonuna qədər dərc olunacaq”.

Xatırladaq ki, akademik daha əvvəl verdiyi açıqlamasında bir sıra sözlərin “adapter” – yükləyici, “zaryatka” – yükləmə, “razetka” – yuvacıq, “udlinitel” – uzadıcı, proqnoz – öncəgörmə kimi təklif olunduğunu, öncəgörmə deyəndə isə hamının fal baxmaq kimi anladığını, ancaq bu sözün yazılı abidələrimizdə də işləndiyini diqqətə çatdırıb.

Akademik həm də köhnə orfoqrafiya lüğətində narazılıq yaradılan sözlərin çıxarıldığını da bildirib.