Tarix : 4-11-2019, 00:26 | Bölmə: musahibe

Özündən 48 yaş böyük amerikalı ilə evlənən məşhur aktrisa etiraf etdi 80 yaşlı amerikalı ilə evlənən 32 yaşlı türkiyəli aktrisa Məltəm Miraloğlu sosial şəbəkədə ailə qurması ilə bağlı ünvanlanan suala cavab verib.

Aktrisanın “Türkiyədə illərdir iş tapa bilmədiyim üçün Amerikaya gəldim” şərhi diqqəti çəkib.

İzləyicilər onun bu şərhini evlənməsinin arxasında duran əsas faktor kimi dəyərləndiriblər.

Qeyd edək ki, Türkiyədə izlənmə rekordları qıran “Həyat davam edir” serialında uşaq gəlini canlandıran aktrisanın evlənərkən eyni taleyi yaşaması uzun müddət müzakirələrə səbəb olmuşdu.

O, xəyallarını qurduğu ABŞ-a köçüb və orada 80 yaşlı amerikalı Patrik adlı şəxslə tanış olub. Patrik çətin günlər yaşayan aktrisanı övladlığa götürüb.

Bir müddət sonra isə onların evlənməsi heç də birmənalı qarşılanmayıb

Oxşar xəbərlər