Roza Zərgərli sosial şəbəkə fenomenlərinə savaş açdı: Efirdən uzaq tutmaq lazımdır » Memur.az

Roza Zərgərli sosial şəbəkə fenomenlərinə savaş açdı: Efirdən uzaq tutmaq lazımdır

Roza Zərgərli sosial şəbəkə fenomenlərinə savaş açdı: Efirdən uzaq tutmaq lazımdırMüğənni Roza Zərgərli sosial mediada məşhur olan bəzi personajların televiziya kanallarına çıxmasının əleyhinə olduğunu söyləyib.

Zərgərli bu barədə Oxu.Az-ın əməkdaşı ilə söhbətində fikir bildirib.

Sənətçi bildirib ki, kanallar efirlərinə sosial media fenomenlərini çağırmamalıdırlar: "TV kanallar verlişlərinə qonaq çağırdıqları insanlara diqqət yetirməlidirlər. Yüz ölçüb, bir biçməlidirlər. Düşünürəm ki, kanallar sosial şəbəkələrdə məşhur olan fenomenləri efirlərindən uzaq tutmalıdırlar. Efirə çıxartmamalıdırlar. Çünki onları nə qədər sosial media əhli izləsə də, bir o qədər tənqid edirlər. Tamaşaçı da efirdən onları seyr edib, əsəbiləşir".

"İTV-də yayımlanan "Bizim restoran" adlı yumoristik seriala çəkilirəm. Amma bununla bərabər, aparıcı kimi də fəaliyyətimi davam etdirirəm", - deyən R.Zərgərli yeni mahnı oxuyacağını və tezliklə klip çəkdirəcəyini də ilk olaraq saytımıza açıqlayıb.

“Yeni duetim gəlir. Çox sevdiyim həmkarım Əkbər Əliyevlə birlikdə oxumuşuq. Bildiyiniz kimi, o, "Mənə öyrət" ekran işində tərəf müqabilim olub. Biz bir-birimizi baxışlarımızdan, jestlərimizdən başa düşürük. Həm də diqqətlə klipi seyr etdikdə görürsünüz ki, ekran işinin məzmunu tam sona kimi göstərilməyib. Sanki yarıda kəsilir. Demək ki, ardı var. Duetimizi də tezliklə ekranlaşdırıb sosial mediada yayımlayacağıq. Ekran işinin rejissorluğunu da özüm edəcəyəm. Klipə təqdimat keçirməyi düşünmürəm. Çünki buna artıq ehtiyac yoxdur”, - deyə Zora Zərgərli bildirib.