Zelenski keçmiş Baş Qərargah rəisini ordudan uzaqlaşdırdı » Memur.az

Zelenski keçmiş Baş Qərargah rəisini ordudan uzaqlaşdırdı

Zelenski keçmiş Baş Qərargah rəisini ordudan uzaqlaşdırdıUkrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Viktor Mujenkonu hərbi xidmətdən kənarlaşdırıb.

TASS xəbər verir ki, bu barədə əmr imzalanıb.

“Ukrayna ordusunun generalı Mujenko Viktor Nikoloyeviç hərbi forma geyinmək hüququ saxlanılmaqla ordu sıralarından ehtiyata buraxılsın”, - deyə əmrdə bildirilib.

Qeyd edək ki, V.Zelenski Prezident andı içdikdən bir gün sonra V.Mujenkonu əvvəlcə Baş Qərargah rəisi vəzifəsindən, daha sonra isə Milli Təhlükəsizlik və Müdafiə Şurasından çıxarmışdı.

Ukraynanın yeni Baş Qərargah rəisi postuna isə Moskva Ali Hərbi Komandanlıq Məktəbinin məzunu Ruslan Xomçak təyin olunub.