Politoloq: Paşinyan hərbi əməliyyatlara başlasa, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək » Memur.az

Politoloq: Paşinyan hərbi əməliyyatlara başlasa, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək

Politoloq: Paşinyan hərbi əməliyyatlara başlasa, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkErmənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəbini "əsaslandırmağa" çalışıb. O, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxmasını Azərbaycan SSR-in SSRİ-nin tərkibindən çıxması ilə müqayisə edib. Halbuki SSRİ vaxtı heç bir muxtariyyətə daxil olduğu respublikanın tərkibindən çıxmaq hüququ verilməmişdi.

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov N.Paşinyanın bəyanatını Oxu.Az-a şərh edib.

Sabiq nazir deyib ki, Azərbaycan indiki sərhədləri daxilində BMT-yə üzv olub:

"BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Paşinyan isə populist fikirlər səsləndirməklə real problemləri ört-basdır etmək istəyir".

Politoloqun sözlərinə görə, N.Paşinyanın əsas məqsədi hərbi əməliyyatları bərpa etməkdir:

"İndiki mərhələdə Ermənistan hərbi əməliyyatlara başlasa, Azərbaycan buna ciddi şəkildə, güc istifadə etməklə layiqli cavab verəcək. Yəni Paşinyan hərbi əməliyyatlara başlasa, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək".