Nadir Qafarzadə bağ evini niyə satıb? » Memur.az

Nadir Qafarzadə bağ evini niyə satıb?

Nadir Qafarzadə bağ evini niyə satıb?Şou biznesdə “Əjdaha” ləqəbi ilə tanınan müğənni Nadir Qafarzadə ATV telekanalında yayımlanan “Bağ mövsümü” verilişində qonaq olub.

Oxu.Az xəbər verir ki, sənətçi illər öncə aldığı bağ evini satdığını bildirib.

Verilişin aparıcısı Murad Əzimzadə N.Qafarzadəyə bağ evi ilə bağlı sual ünvanlayıb. Məşhur müğənni isə bağa vaxtlı-vaxtında baş çəkə bilmədiyi və bağça işi diqqət tələb etdiyindən onu satdığını söyləyib.

Nadir, həmçinin İsveçrənin Cenevrə şəhərində təhsilini başa vuran böyük oğlu Loğmandan söz açıb. O, oğlunun az məvacib aldığını söyləyib. “Mən hər iki oğlumdan indiyə kimi çox razıyam. Baxmayaraq ki, oğlum hazırda işləyir, amma az maaş alır. Buna rəğmən, onunla danışanda deyir ki, mənə bu pul bəs edir. Loğman başa düşür ki, atası işləyib, onu xaricdə oxutdurub. İndi də çalışır ki, hər şeyi özü etsin. Həyatda hər şeyə özü nail olsun. Ata sabah olmaya bilər. Məqsədə çatmaq üçün bu həyatda ancaq çalışıb-vuruşmaq lazımdır”.

Qeyd edək ki, Nadir Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün Loğman və Əziz adlı oğulları var.