Tədqiqat institutlarından biri publik hüquqi şəxs oldu - SƏRƏNCAM » Memur.az

Tədqiqat institutlarından biri publik hüquqi şəxs oldu - SƏRƏNCAM

Tədqiqat institutlarından biri publik hüquqi şəxs oldu - SƏRƏNCAMPrezident İlham Əliyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə fərman imzalayıb.

Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil edilir.

Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə bir milyon manat ayrılır.