Nalbandyan Tehranın Qarabağ üzrə mövqeyini dəyərləndirir » Memur.az

Nalbandyan Tehranın Qarabağ üzrə mövqeyini dəyərləndirir

Nalbandyan Tehranın Qarabağ üzrə mövqeyini dəyərləndirir“İran həqiqətən maraqlıdır”.

Ermənistan İranın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində təmkinli mövqeyini dəyərləndirir.

Memur.Az “Novosti Armeni”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan fevral ayının 2-də 2015-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

E.Nalbandyan İranın Dağlıq Qarabağ münaqişəsinin həllində həqiqətən maraqlı olduğundan əminliyini qeyd edib.

“Biz bu məsələ üzrə İranın təmkinli mövqeyinə dəyər veririk”, - Ermənistan XİN rəhbəri bildirib.