Yaşar Cəlilov toy tarixini açıqladı » Memur.az

Yaşar Cəlilov toy tarixini açıqladı

Yaşar Cəlilov toy tarixini açıqladı

Müğənni Yaşar Cəlilov nişanlanıb.

Memur.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Onlar"a toy tarixini açıqlayıb:

"Belə düşündüm ki, vaxtdır. Dekabrın 28-i toy olacaq. Bütün şou-biznes nümayəndələrini gözləyirəm". Yaşar sevib-seçdiyi xanımla ailə qurmağa hazırlaşdığını deyib:

"Mən hörmətə, qayğıya və diqqətə sevgi deyirəm. Əslində mənə qalsa, 3-4 il sonra evlənərdim. Ancaq əlbəttə ki, ailə, valideynlər də əhəmiyyətlidir. Onlar da sənin toyunu, nəvə görmək istəyir. Burada onların hər gün evə gələndə "ay bala, bəlkə evlənəsən" sözünün də rolu oldu. Ancaq əlbəttə bu işdə mənim də öz fikirlərim olub".

Müğənni nişan üzüyü taxmamasının səbəbini isə belə açıqlayıb:

"İstər ağ, istər sarı qızıl olsun, kişi bəzək əşyası istifadə etməməlidir. Yoxsa mən nişanlı olmağımdan utanmıram, çəkinmirəm. Şükür Allaha ki, mənə nişanlı olmağı qismət edib".

Y.Cəlilov yaradıcılıq yeniliyindən də danışıb:

"Yeni mahnı ifa etmişəm. Musiqisi Fuad Qasımov, sözləri Vüqar Bakılı, aranjimanı Tərlan Məmmədhüseynova məxsusdur. Bəstə "Bakı" adlanır. Bu mahnıdan pul qazanmağı gözləmirəm. Sırf Bakını sevənlər, Bakı sakinləri, ümumilikdə Azərbaycan üçün ifa etmişəm".