Aureliya Qriqoriu: Separatçılarla dilxoşluq yaxşı nəticə verməyəcək » Memur.az

Aureliya Qriqoriu: Separatçılarla dilxoşluq yaxşı nəticə verməyəcək

Aureliya Qriqoriu: Separatçılarla dilxoşluq yaxşı nəticə verməyəcək

“Ermənistan Azərbaycan ərazisinin işğalında cavabdehdir”.

Memur.az-ın suallarına Moldovanın İctimai Palatasının sədri Aureliya Qriqoriu cavab verir.

- Rəsmi Bakının Qarabağ separatçılarının lideri Bako Saakyanın Londona səfəri ilə əlaqədar narahatçılığına cavab olaraq Britaniya XİN-i bəyan edib ki, bu səfərin təşkilində heç bir aidiyyatı yoxdur. Azərbaycan və onun ərazi bütövlüyü üçün prinsipial münasibətə malik Britaniya hakimiyyətinin problemə qarşı belə mövqeyi nə dərəcədə əsaslandırılmışdır?

- Ehtimal edirəm ki, əgər The Chatham House Dağlıq Qarabağdan qovulmuş Azərbaycan icmasının rəhbərlərinin dəvətinin qayğısına qalsaydı, Londonun cavabı beynəlxalq ictimaiyyət üçün daha inandırıcı olardı. Nəyə görə London DQ-ın Azərbaycan icmasının rəsmi nümayənədlərini dəvət etməsin və bununla da dünya ictimaiyyətini Avropa dəyərlərinə və beynəlxalq hüquq normalarına sədaqətinə inandırmasın? Həm də bu yaxınlarda Ermənistana qarşı öz torpaqlarından - Dağlıq Qarabağdan qovulmuş azərbaycanlıların iddiası üzrə Avropa Məhkəməsi qərar qəbul edib.

- Qərb Krımda qondarma “DXR” və “LXR”da separatçıların hərəkatına dair yekdildirlər, amma Qarabağın separatçı rejiminə gəlincə, göründüyü kimi digər mövqeni tuturlar. Bu ikili standartlar siyasətini necə izah etmək olar?

- Təəssüf ki, ikili standartlar, əsas olaraq beynəlxalq hüquq normaları deyil, bu və ya digər dövlətə və ya konkret siyasi qüvvəyə subyektiv münasibət əsas götürüldükdə mümkündür. Əminəm ki, təcavüzkarlar və separatçılarla dilxoşluq yaxşı nəticə verməyəcək. Bəşəriyyət yüz illərlə müxtəlif dövlət və xalqların sülh içində yaşaması üçün ümumi normaları hazırlayıb. Bu normalar beynəlxalq icmalar tərəfindən yaradılaraq qəbul edilirdi, əsas məqsəd isə yeni müharibələrə yol verməmək idi. Bu prinsiplərin pozulması isə yeni qaynar nöqtələrin yaranmasını qaçılmaz edir.

- Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna əvvəllər BMT-də dövlətlərin ərazi bütövlüyü və postsovet məkanında “dondurulmuş münaqişələr” məsələsinə dair eyni cəbhə halında çıxış edirdilər. BMT arenasında, ölkələrimizdə separatçılığa münasibət məsələsinə qarşı eynimənalı münasibətin labüdlüyünə dair məsələnin qaldırılmasının perspektivləri nə dərəcədədir?

- Səylərin birləşdirilməsi problemi hər bir dövlətin öz ərazi münaqişəsinə fərqli münasibət səviyyəsi ilə əlaqədardır. Bizə bu məsələdə Azərbaycanın prinsipial siyasəti məlumdur, və öz dövlətlərinin ərazi bütövlüyü məsələsinin həlli üçün bizim sadəcə başqa yolumuz yoxdur. Yalnız səylərin birləşdirilməsi və BMT-nin beynəlxalq arenasında bir-birinin mövqeyini dəstəkləmək, beynəlxalq hüququn əsas prinsiplərinin irəli sürülməsinə və müdafiəsinə gətirib çıxaracaq. Bu prinsiplərin arasında insan haqlarına şərtsiz riayət edilərək dövlətin ərazi bütövlüyünün və sərhəd toxunulmazlığı prinsipi yer alır.

- İnsan Haqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə ilk dəfə Avropa Məhkəməsinin Ermənistanı Azərbaycan ərazisinin işğalında cavabdeh tanıdığı qərarına dair sizin fikrinizi soruşmaya bilmərəm. Bu qərarın mahiyyəti və onun hüquqi nəticələri nədir?

- Azərbaycandan olan məcburi köçkünlərin şikayətinə dair qərarı açıqlamaqla İnsan Haqları üzrə Avropa Məhkəməsinin palatası, Ermənistanın Azərbaycan ərazisinin işğalında və yüz minlərlə vətəndaşın doğma torpaqlarından qovulmasına cavabdeh olduğunu müəyyənləşdirdi. Avropa Məhkəməsi həmçinin qərara alıb ki, iddiaçıların əmlak hüquqları pozulub və Ermənistan vətəndaşların öz əmlaklarından istifadə edə bilməmələrinə cavabdehdir.

Qəbul edilən qərar Ermənistanı hələlik konkret vətəndaşlara ziyanın ödənilməsinə sövq edir. Amma bu qərar həmçinin Azərbaycana konkret təqsirli şəxsləri beynəlxalq hüquq cavabdehliyinə cəlb etmək və təcavüzkar dövlətə qarşı sanksiyaların tətbiqini tələb etmək imkanı verir.

Eləcə də qeyd etmək istərdim ki, dünyada ikili standartların mövcud olmasına və cari işin Avropa Məhkəməsi tərəfindən baxılmasının uzadılmasına baxmayaraq, bu iş üzrə qərar Avropa Məhkəməsi üçün hüququn əsas Avropa dəyəri olduğunu nümayiş etdirdi.