Ekspert: İŞİD Azərbaycan üçün də təhlükə doğurur – MÜSAHİBƏ » Memur.az

Ekspert: İŞİD Azərbaycan üçün də təhlükə doğurur – MÜSAHİBƏ

Ekspert: İŞİD Azərbaycan üçün də təhlükə doğurur – MÜSAHİBƏ

“Azərbaycan bu məsələdə özünü çox az büruzə verir”.

Oxu.Az-ın suallarına Bakı Dövlət Universitetinin Kriminalistika kafedrasının müdir müavini, hüquq elmləri doktoru, professor Kamil Səlimov cavab verir.

- Türkiyədə bu günlərdə baş vermiş terror aktının təşkilatçılarının yeni cinayət törətməyə və hətta öz fəaliyyətlərinin coğrafiyasını genişləndirmək cəhdi kimi təhlükə ehtimalı varmı?

- Bu təhlükə təbii xarakter daşıyır. Yalnız Türkiyə üçün deyil, eləcə də Rusiya, Fransa, ABŞ üçün. İŞİD-ə qarşı antiterror əməliyyatlarında iştirak edən bütün ölkələrin əraziləri onların hücum təhlükəsinə məruz qalır - birinci məsələ. İkinci isə bu ölkələrin ərazisinin hücuma məruz qalmasının digər səbəbi isə həmin ölkələrin İŞİD terror təşkilatının fəaliyyətində iştirak edən vətəndaşlarının yenidən vətənə qayıtmasıdır, belə ki, onların müvafiq əlaqələri var və istənilən terror aktının həyata keçirilməsi üçün imkanları mövcuddur.

Ona görə də Azərbaycan qeyri-qanuni silahlı qruplaşmalarda iştirak edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanun qəbul edərkən, məqsəd Azərbaycan vətəndaşlarının İŞİD-in fəaliyyətinə qoşulmağının qarşısını almaq idi. Çünki sonradan onların hüquqlarını pozmadan onları təqib etmək çətin olur. İŞİD-də olarkən isə onlar yalnız hərbi dözümlülük deyil, eyni zamanda terror təcrübəsi yığır və terror fəaliyyətinin peşəkarlarına çevrilirlər, onlar bir növ terror agentlərinə çevrilirlər. Problem bundadır.

- Belə adamlar isə az deyil...

- Bəzi məlumatlara görə, Şimali və Cənubi Qafqazın 16 min sakini İŞİD-in fəaliyyətində iştirak edir, digər məlumatlara əsasən isə bu təşkilatda adı çəkilən regiondan 10 minə yaxın insan fəaliyyət göstərir. Onların təhlükə səviyyəsindən danışmağa dəyməz. Bu yaxınlarda KİV-də Moskvada metronu partlatmağı planlaşdıran terror qruplaşmasının zərərsizləşdirilməsi haqqında məlumat gedib.

- Siz xaricdə qanunsuz silahlı qruplaşmaların tərkibində iştirak edən vətəndaşların təqibinə dair Azərbaycan qanunverici bazasının sərtləşdirilməsini xatırlatdınız. Sizə elə gəlmir ki, bu neqativ halların qarşısını almaq üçün profilaktik işlərin gücləndirilməsi daha vacibdir?

- Profilaktiki iş hər zaman aparılır. Düşünməyin ki, söhbət yalnız cinayət məsuliyyətindən gedir. Cəzaçəkmə müəssisələrində məhkumlar arasında profilaktiki işin aparılması ayrı məsələdir.

- Aydındır, potensial sosial baza arasında. Başqa bir sual: Rusiya Suriyada İŞİD ilə müharibəyə açıq şəkildə qoşulub. Buna necə yanaşaq?

- Bu qərar anlayış və razılıq ilə qarşılanmalıdır. Əgər tarixə nəzər salsaq, xatırlayarıq ki, bizim ərazidə terror aktları çox zaman Şimali və Cənubi Qafqazın kəsişməsində baş verirdi. “Meşə qardaşları”nı və digər terror təşkilatlarını xatırlayın. Ona görə də bütün bunlar real olaraq nəzərə alınmalıdır.

- Bununla yanaşı, Rusiya bu günlərdə Suriya ərazisində yerləşən terroristlərin mövqelərinə Xəzər akvatoriyasından, Azərbaycan sahillərindən çox da uzaq olmayan gəmilərdən zərbələr endirir. Bu fakt bizim üçün əlavə təhlükə daşımır ki?

- Gəlin faktlardan çıxış edək. Azərbaycanın bu zərbələr üçün hava məkanını təqdim etməsinə dair rəsmi təsdiq yoxdur. İkincisi – söhbət qanadlı idarəedilən raketlərdən gedir. Onlar azad şəkildə Xəzər dənizinin azad suları üzərindən, İran ərazisindən Suriyaya uça bilərlər. Ona görə də Xəzər dənizinin məhz Azərbaycan olmasını demək uzaqgörənlik deyil.

Azərbaycan bu məsələdə özünü az büruzə verir, doğru da edir. Çünki biz Rusiya, Amerika və Fransa deyilik, və biz onların sahib olduğu potensiala sahib deyilik. Bizim öz erməni terrorçularımız var, onlarla məsələni həll etməmişik, dini ekstremistlər də baş ağrıdır. Belə bir mürəkkəb vəziyyətdə daha bir cəbhə açmaq lazım deyil. Ona görə də Azərbaycan hökuməti bu məsələləri sakit, təmkinlə nəzərdən keçirməklə doğru edir.

Və ən əsası unutmayın. Əgər Suriya böhranının siyasi həlli tapılmazsa və Əsədin silahlı opponentlərinə hava əleyhinə müdafiə sistemləri çatdırılmağa başlanarsa, vəziyyət kəskin şəkildə mürəkkəbləşə bilər. Bax, onda böyük problemlər başlanacaq.