Arif Hacılı: “Azərbaycanda siyasi proseslər gərginləşməyə doğru gedir” » Memur.az

Arif Hacılı: “Azərbaycanda siyasi proseslər gərginləşməyə doğru gedir”

Arif Hacılı: “Azərbaycanda siyasi proseslər gərginləşməyə doğru gedir”

“Müsavat Partiyasının parlamentdə təmsil olunması həm də hakimiyyətin mənafelərinə uyğundur”
Azərbaycanda siyasi partiyalar 1 noyabr parlament seçkilərinə hazırlaşır. Ölkənin aparıcı müxalifət təşkilatı olan Müsavat Partiyası da seçkiyə hazırlıq istiqamətində işlərini intensivləşdirib. Müsavat Partiyasının başqanı Arif Hacılı ilə müsahibəmizdə də parlament seçkiləri ilə bağlı aktuallıq daşıyan suallara aydınlıq gətirməyə çalışdıq.


(əvvəli ötən sayımızda)

- Qələbə çalacağınız halda mandatınızın tanınacağına az da olsa inamınız yoxdur?

- Bir daha deyirəm, ölkədə ciddi və əsaslı dəyişikliklər olmasa, Azərbaycanın hakimiyyəti indiki siyasətini əsaslı surətdə dəyişdirməsə belə sensasiya baş verməyəcək.
Əgər proporsional seçki sistemi olsaydı, mən Müsavat Partiyasının namizədləri siyahısına adımı sonuncu yazdıraraq seçkidə iştirak edərdim. Təəssüf ki, belə imkanlar yoxdur.

- Bəs, Müsavatın hansısa başqa namizədlərindən, nisbətən kölgədə olan təmsilçilərindən kimlərinsə qələbəsinin tanınmasına da ümidiniz, inamınız yoxdur?

- Hesab edirəm ki, Müsavat kimi, AXCP kimi siyasi partiyaların, eyni zamanda Azərbaycanın tanınmış hüquqşünaslarının, ziyalılarının Azərbaycan parlamentində təmsil olunması yalnız Azərbaycan cəmiyyətinin mənafelərinə deyil, həm də Azərbaycan hakimiyyətinin mənafelərinə uyğundur. Hər şeydən görünür ki, Azərbaycanda siyasi proseslər, siyasi şərait gərginləşməyə doğru gedir. İndi regionda gedən geopolitik proseslər, eyni zamanda dünya bazarında neftin ucuzlaşması, Rusiya ilə Qərb arasında bərpa olunmuş soyuq müharibə hökmən Azərbaycanda da siyasi vəziyyətin əsaslı surətdə dəyişməsi ilə nəticələnməlidir. Bu, labüddür. Azərbaycan hakimiyyəti indidən bu barədə düşünməlidir.

Arif Hacılı: “Azərbaycanda siyasi proseslər gərginləşməyə doğru gedir”


BÖLÜM: Müsahibə
YAYIM TARİXİ: 13 Avqust 2015 08:45
Arif Hacılı: “Azərbaycanda siyasi proseslər gərginləşməyə doğru gedir”
“Müsavat Partiyasının parlamentdə təmsil olunması həm də hakimiyyətin mənafelərinə uyğundur”
Azərbaycanda siyasi partiyalar 1 noyabr parlament seçkilərinə hazırlaşır. Ölkənin aparıcı müxalifət təşkilatı olan Müsavat Partiyası da seçkiyə hazırlıq istiqamətində işlərini intensivləşdirib. Müsavat Partiyasının başqanı Arif Hacılı ilə müsahibəmizdə də parlament seçkiləri ilə bağlı aktuallıq daşıyan suallara aydınlıq gətirməyə çalışdıq.


(əvvəli ötən sayımızda)

- Qələbə çalacağınız halda mandatınızın tanınacağına az da olsa inamınız yoxdur?

- Bir daha deyirəm, ölkədə ciddi və əsaslı dəyişikliklər olmasa, Azərbaycanın hakimiyyəti indiki siyasətini əsaslı surətdə dəyişdirməsə belə sensasiya baş verməyəcək.
Əgər proporsional seçki sistemi olsaydı, mən Müsavat Partiyasının namizədləri siyahısına adımı sonuncu yazdıraraq seçkidə iştirak edərdim. Təəssüf ki, belə imkanlar yoxdur.

- Bəs, Müsavatın hansısa başqa namizədlərindən, nisbətən kölgədə olan təmsilçilərindən kimlərinsə qələbəsinin tanınmasına da ümidiniz, inamınız yoxdur?

- Hesab edirəm ki, Müsavat kimi, AXCP kimi siyasi partiyaların, eyni zamanda Azərbaycanın tanınmış hüquqşünaslarının, ziyalılarının Azərbaycan parlamentində təmsil olunması yalnız Azərbaycan cəmiyyətinin mənafelərinə deyil, həm də Azərbaycan hakimiyyətinin mənafelərinə uyğundur. Hər şeydən görünür ki, Azərbaycanda siyasi proseslər, siyasi şərait gərginləşməyə doğru gedir. İndi regionda gedən geopolitik proseslər, eyni zamanda dünya bazarında neftin ucuzlaşması, Rusiya ilə Qərb arasında bərpa olunmuş soyuq müharibə hökmən Azərbaycanda da siyasi vəziyyətin əsaslı surətdə dəyişməsi ilə nəticələnməlidir. Bu, labüddür. Azərbaycan hakimiyyəti indidən bu barədə düşünməlidir.



Ölkəni böyük kataklizmlərdən yayındırmaq, indiki mürəkkəb siyasi şəraitdən Azərbaycanın böyük dağıdıcı qarşıdurmalar olmadan çıxması üçün ciddi islahatlar həyata keçirilməli, ilk növbədə siyasi məhbuslar azadlığa buraxılmalı, parlament seçkilərinin qismən də olsa demokratik keçirilməsi təmin edilməlidir. Seçki kampaniyası dövründə heç olmasa 2005-ci il parlament eçkiləri dövründə olan rəqabət imkanları yaradılmalı, eyni zamanda Azərbaycanın aparıcı müxalifət təşkilatlarının, ölkənin nüfuzlu şəxsiyyətlərinin parlamentdə təmsilçiliyinə maneçilik törədilməməlidir. Çünki siyasi kataklizmlər dövründə ölkəni böyük sarsıntılardan adətən cəmiyyətdə olan siyasi qüvvələri özündə birləşdirən parlament xilas edir. Hakimiyyət digər dövlətlərin də siyasi tarixini araşdıraraq bu cür qərar qəbul etməlidir. Ancaq bir daha deyirəm ki, onların belə qərar qəbul edəcəyinə inanmıram.

- Lakin son vaxtlar informasiyalar yayılmaqdadır ki, təxminən sizin ifadə etdiyiniz şəkildə parlamentin formalaşması istiqamətində hakimiyyətin yuxarı qatlarında müzakirə gedir...

- Mən təxminən on ildir bu sözləri eşidirəm. Hələ 2004-cü ildə həbsxanada olduğumuz zaman bizi inandırmağa çalışırdılar ki, hakimiyyət çox ciddi islahatlara hazırlaşır, yaxın zamanlarda böyük islahatlar olacaq. Adətən bir çox seçkilər ərəfəsində bu tipli şayiələr ortalığa atılır. Bundan əvvəlki seçkilər öncəsi bu cür fikirlər indikindən daha yüksək səslə deyilirdi. Ancaq bəllidir ki, heç bir islahat olmadı. Vəziyyət getdikcə daha da pisləşdi.

- Amma bundan əvvəlki seçkilər dövründə ölkəyə böyük neft pulları axırdı, geosiyasi vəziyyət indiki kimi deyildi, bir sözlə hakimiyyəti arxayın şəkildə hərəkət etməyə stimullaşdıran amillər çox idi. İndi bu amillərin bir çoxu yoxdur, şərtlər o zamankı kimi deyil...

- Müəyyən illər var idi ki, Azərbaycanda yalnız bir neçə siyasi məhbus var idi. Amma indi ölkədə yüzə yaxın siyasi məhbus var. Təəssüf ki, ölkədə siyasi vəziyyət əvvəlki illərdə olduğuna nisbətən müsbətə doğru dəyişməyib.
- Seçkilərdə pul amilinin ciddi əhəmiyyət daşıdığı bəllidir. Müxalifət namizədlərinin maddi vəziyyəti yaxşı deyil, hakimiyyətin, onun irəli sürdüyü namizədlərin əlində isə böyük məbləğdə vəsaitlər var, inzibati resurslar da öz yerində. Belə bir variantın da tətbiq oluna biləcəyi haqda xəbərlər dolaşır ki, seçkilər saxtalaşdırılmır, hakimiyyət namizədləri böyük məbləğdə vəsait xərcləyib dairələrdə seçicilərin səsini pul gücünə alır, qutudan iqtidar namizədləri bu yolla qalib çıxır. Bu taktika tətbiq ediləcəyi halda müxalifət bunun qarşısını almaq imkanındadırmı?

- Mən Azərbaycan cəmiyyətinin dəyanətinə inanıram. Biz bütün seçkilərdə bizimlə müqayisədə misilsiz dərəcədə çox maliyyə imkanlarına malik olan namizədlərlə üz-üzə olmuşuq və bütün seçkilərdə də həmişə qalib gəlmişik. Azərbaycan seçicilərinin bəzilərinin səsini pulla almaq mümkündür, amma Azərbaycan seçicilərinin əksəriyyətinin səsini pulla almaq mümkün deyil. Azərbaycan cəmiyyəti kifayət qədər yetkin cəmiyyətdir. Adətən seçkiyə gələnlərin əksəriyyəti demokratik düşərgənin nümayəndələrinə səs verir.

- Müsavat Partiyası seçkilərlə bağlı öz ətrafında blok yarada və ya hansısa bloklarda təmsil oluna bilərmi? Deyilənlərə görə, ADP ilə Ümid Partiyası və üçüncü adı hələ gizli saxlanan tanınmış müxalif partiya arasında blok yaratmaqla bağlı danışıqlar gedir. Müsavata bloklara qoşulmaqla bağlı, yeni blok yaratmaqla bağlı təkliflər varmı?
- Bir bayram tədbirində ADP sədri Sərdar Cəlaloğlu mənə buna bənzər fikirlər deyib. Ancaq buları danışıqlar, müzakirələr adlandırmaq düzgün olmaz. Müxtəlif istiqamətlərdən müxtəlif təkliflər olub. Bu təklifləri müzakirə etmişik. Biz siyasi partiyaların seçkilərdə blok şəklində iştirakının tərəfdarıyıq. Lakin yalnız Müsavat Partiyasının ümumi ideoloji siyasi xəttinə uyğun fəaliyyət göstərən, Müsavat Partiyasının tarixi və bugünkü nüfuzuna xələl gətirməyəcək siyasi qüvvələrlə birliyimiz mümkündür. Təəssüflə qeyd etmək istəyirəm ki, hazırda olan siyasi şəraitdə ciddi siyasi blokların yaranması ehtimalını azdır. Çox böyük ehtimalla Müsavat Partiyası seçkilərdə təkbaşına iştirak edəcək.

- Hazırda müxalifət düşərgəsində tərkibinin sıxlığına görə bir seçki bloku mövcuddur- "Azadlıq 2015" seçki bloku. Həmin blokun üzvü olan partiyaların bəziləri ilə Müsavat zaman-zaman müttəfiq olub, seçkidə birgə iştirak edib. O blokda olmaq da istisnadır?

- Həmin blok yaranmazdan əvvəl Müsavat Partiyasına onun təsisçilərindən biri olmaq təklif verilmişdi...

- Seçkidə təkbaşına iştirak etmək istədiyiniz üçün, yoxsa həmin blokdakı partiyaların tərkibinə görə təklifi qəbul etməmisiniz?

- Müxtəlif səbəblər var və mən yuxarıda Müsavat Partiyasının hansı prinsiplər əsasında blok qura biləcəyi barədə mövqeyimizi açıqladım.

- Müsavat Partiyasının sonuncu qurultayından xeyli zaman keçib. Qurultaydan sonra yaşananların Müsavata parlament seçkilərində hansısa təsiri olacaqmı?
- Ümumi proseslərin həm üstün cəhətləri, həm də fəsadları olur. Müsavat Partiyasının 8-ci qurultayı tarixi bir qurultaydır və Azərbaycan siyasi tarixində bu qurultay sonralar da müzakirə olunacaq, araşdırılacaq. Bu qurultayın dərsləri öyrəniləcək. Bu qurultay Azərbaycan siyasəti tarixinin, Müsavat Partiyası tarixinin şərəfli səhifələrindən biridir. Təbii ki, qurultaydan sonrakı dövrdə yaşananların müsbət cəhətləri ilə yanaşı, müəyyən fəsadları da oldu. Ancaq tam əminliklə deyirəm ki, Müsavat Partiyası qurultaydan güclənmiş çıxdı. Müsavat Partiyası indi bir il bundan əvvəl olduğundan daha güclüdür, daha mobildir, daha çevikdir. Müsavat Partiyası təsir imkanlarını genişləndirməkdədir. Mənə elə gəlir ki, qərəzli olmayanlar bunu aydın şəkildə görür.

Bizə qarşı həm hakimiyyət tərəfindən, həm sağdan, həm soldan, həm müxalifət daxilindən, hətta Müsavat Partiyasının özünün içindən müxtəlif təzyiqlərin olmasına baxmayaraq Müsavat Partiyası öz düzgün yolu ilə addımlamaqdadır. Bu yolu şərti olaraq Rəsulzadə-Elçibəy yolu adlandırırıq. Azərbaycan üçün ən düzgün yol budur və Azərbaycan cəmiyyəti bunun fərqindədir.

Əminəm ki, minimal demokratik seçki şəraiti yarananda bundan əvvəlki seçkilərdə olduğu kimi Müsavat Partiyasının toplayacağı səslərin sayı digər siyasi partiyaların birlikdə topladığı səslərdən daha çox olacaq. Sadəcə olaraq hazırda ölkədə mövcud olan şərait bu reallıqların aşkar şəkildə ortalığa qoyulmasına imkan vermir. Müsavat Partiyası hal-hazırda mövcud şəraitə və mövcud resurslara uyğun maksimum fəaliyyət göstərməyə çalışır. Strukturumuz möhkəmlənir, güclənir və bizim apardığımız bu siyasətin müsbət nəticələri yaxın gələcəkdə daha qabarıq şəkildə görünəcək.

- Bəzi dairələrdə Müsavat Partiyasının deputatlığa namizədləri ilə qurultaya qədər Müsavatın üzvü olmuş bir sıra şəxslər rəqib olacaqlar. Məsələn, Qubad İbadoğlu və onun yaratdığı təşkilatdakı bəzi sabiq müsavatçılar namizəd olacaqlarını bildiriblər. Bu isə o deməkdir ki, onların dairələrdə Müsavat namizədləri ilə üz-üzə gəlməsi baş verə bilər. Bu mənzərəni necə qiymətləndirirsiniz?

- Müsavat Partiyasının hədəfi Azərbaycan hakimiyyətidir. Bizim müxalifətdə rəqibimiz yoxdur. Seçki dairələrində müxalifət nümayəndələri olan digər siyasi partiyaların üzvləri və ya Müsavat Partiyasının keçmiş üzvləri olacaqsa, biz həmin namizədlərlə seçki opponentliyi şəraitində fəaliyyət göstərəcəyik. Tam əminəm ki, istənilən halda Müsavat Partiyasının nümayəndələri Müsavatın nümayəndəsi olmayan-keçmiş müsavatçı olub-olmasından asılı olmayaraq-namizədlərdən daha çox səs alacaq. Siz bunun şahidi olacaqsınız. Seçkilər necə saxtalaşdırılsa da, hansı namizədin daha çox səs aldığını Azərbaycan cəmiyyəti bilir. Hər kəs şahid olacaq ki, Müsavat Partiyasının əksər namizədləri, digər namizədlərdən daha ciddi seçki kampaniyası aparacaq və daha çox səs toplayacaq.

- Qurultaydan sonrakı müddətdəki partiyadan çıxarılmalar və getmələr artıq dayanmış sayıla bilər?

- Bütün bu müddət ərzində Müsavat Partiyasının bütün strukturları tərəfindən cəmi 13 nəfər partiyadan çıxarılıb. 11 ay ərzində 13 nəfərin partiyadan xaric edilməsi səhv etmirəmsə, Müsavat Partiyasının yeni tarixində partiyadan çıxarılanların sayına görə ən aşağı göstəricidir. Partiyadan gedənlərin sayı da təxminən 100-dək oldu. Biz kimsənin Müsavat Partiyasından getməsini istəmirik.

Ancaq kimlərsə, bizimlə bura qədər yol gəlib bundan daha artıq yol getmək istəmirsə və ya belə imkanları yoxdursa, onları da qınamaq niyyətində deyilik. Müsavat Partiyasından çıxmış şəxslərin bəziləri Müsavat Partiyasına geri qayıtmaq üçün müraciət ediblər. Onların bəzilərinin partiyaya qayıtması mümkündür. Yəqin ki, qayıdacaqlar. Sadəcə, müəyyən nizamnamə prosedurlarına görə bu proses hələlik ləngiyir. Müsavat Partiyasını tərk etmiş adamların ciddi bir qismi Müsavata geri qayıdacaqlar.

- Partiyadan getməyənlər də var ki, seçkilərə ayrıca blokla gedəcəklərini elan ediblər. Tural Abbaslı və bir qrup gənc müsavatçı “Ağ blok” yaradıblar. Onların bu addımı partiyada necə qarşılanır?

- Biz bu məsələləri partiya strukturlarında müzakirə etməmişik. Ona görə də bu barədə danışmaq istəmirəm. Bu məsələlərdən xüsusi narahatçılığım yoxdur. Çünki proses kifayət qədər şəffafdır. Azərbaycan cəmiyyətinin prosesləri izləmək və hər kəsə davranışlarına görə qiymət vermək imkanı var. İstər Müsavat üzvləri, istər də cəmiyyət hər kəsin hərəkətlərini izləyir və qiymət verir. Ona görə də bu məsələlərlə bağlı prosesləri süni surətdə sürətləndirməyə ehtiyac yoxdur.