Tarix : 1-03-2022, 10:32 | Bölmə: musahibe

Yaponiyadan Rusiyaya sanksiyalar: Putin və Moskva elitası HƏDƏFDƏ Yaponiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinə, xarici işlər naziri Sergey Lavrova, müdafiə naziri Sergey Şoyquya, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimova və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə qarşı fərdi sanksiyalar tətbiq edib.

Eyni zamanda, Baş Kəşfiyyat İdarəsi, Federal Təhlükəsizlik Xidməti, “Rostex”, “Rosoboroneksport”, “Kompaniya Suxoy” ASC də daxil olmaqla 50-yə yaxın təşkilat və şirkətə sanksiya tətbiq edilib.

Sanksiya siyahısına “Bank Rossii”, VEB və “Promsvyazbank” da daxildir.

Bundan əlavə, Tokio tədarükü Rusiyanın hərbi potensialının artmasına töhfə verə biləcək ümumi təyinatlı məhsulların, xüsusən də yarımkeçiricilərin ixracına qadağa qoyub.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər