Qlobal Bakı Forumu iştirakçılarının Şuşaya səfəri başa çatıb - YENİLƏNİB » Memur.az

Qlobal Bakı Forumu iştirakçılarının Şuşaya səfəri başa çatıb - YENİLƏNİB

Qlobal Bakı Forumu iştirakçılarının Şuşaya səfəri başa çatıb - YENİLƏNİBVIII Qlobal Bakı Forumu iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri başa çatıb.

“Report” xəbər verir ki, qonaqlar şəhərlə tanış olublar.

Cıdır düzü, Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri ilə yanaşı, Azərbaycanın mədəni irsi baxımından digər əhəmiyyətli məscidləri də ziyarət edilib.Həmçinin VIII Bakı Qlobal Forumu çərçivəsində “Mədəni irsin qiymətləndirilməsi” mövzusunda sonuncu panel keçirilib.

13:18

VIII Qlobal Bakı Forumu iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində səfərdədir.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qonaqlar şəhərlə tanış olacaq, Azərbaycanın mədəni irsi baxımından əhəmiyyət kəsb edən bütün yerlərə səfər edəcəklər.

Qonaqlar Şuşanın 30 ilə yaxın işğalda məruz qaldığı bütün dağıntıların, vandalizmin şahidi olacaqlar. Eləcə də Vətən müharibəsi nəticəsində Şuşanın azad edilməsindən sonra mədəniyyət və tarixi abidələrin bərpası istiqamətində quruculuq işləri ilə tanış olacaqlar.

Eyni zamanda forumun nümayəndələrinin mədəni irsin dəyəri haqqında çıxışları gözlənilir.

11:38

VIII Bakı Qlobal Forumunda iştirak edən bir qrup nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.

APA-nın məlumatına görə, Bakının Heydər Əliyev Aeroportundan Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gedən nümayəndə heyəti oradan avtobuslarla Şuşaya yola düşüb.

Səfər çərçivəsində qonaqlar Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri ziyarət edəcək, tarixi, mədəni və dini abidələrə baxış keçirəcək, Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.