Tarix : 1-10-2021, 10:34 | Bölmə: medeniyyet

Səyyad Əlizadənin dəfn ediləcəyi yer məlum olduKoronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.

Bu barədə Oxu.Az-a sənətçinin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçi Füzuli rayonunda torpağa tapşırılacaq:

“S.Əlizadənin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə uyğun olaraq ana və atasının məzarı yanında dəfn ediləcək”.

Xatırladaq ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Oxşar xəbərlər