Moskva məscidlərində bayram namazı məhdud sayda iştirakçılarla qılınacaq » Memur.az

Moskva məscidlərində bayram namazı məhdud sayda iştirakçılarla qılınacaq

Moskva məscidlərində bayram namazı məhdud sayda iştirakçılarla qılınacaqMoskva məscidlərində Ramazan münasibətilə bayram namazları yerli sakinlərin iştirakı olmadan qılınacaq.

Bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsindən məlumat verilib.Bayram namazında yalnız məscid əməkdaşları və Ruhani İdarəsinin üzvlərinin iştirak edəcəyi bildirilib.

Qərarın pandemiya ilə əlaqədar qəbul edildiyi də vurğulanıb.

Qeyd olunub ki, dini ayinlər onlayn formatda canlı olaraq yayımlanacaq.