Türkiyədə texniki peşə məktəbində Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildi » Memur.az

Türkiyədə texniki peşə məktəbində Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildi

Türkiyədə texniki peşə məktəbində Mübariz İbrahimovun xatirəsi əbədiləşdirildiTürkiyənin Dənizli vilayətində Texniki peşə məktəbinin texniki iş otağına Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

“Report”un məlumatına görə, aprelin 12-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyacaq yeni yaradılmış, texniki kodlama emalatxanası və texniki iş otağı açılacaq.

Otaqda Mübariz İbrahimovun qəhrəmanlığı və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən tablolar, divar rəsmləri yerləşdirilib. Açılış tədbirində Azərbaycan Respublikasının Türkiyədəki diplomatik korpusunun nümayəndəlikləri, o cümlədən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova da iştirak edəcək.