Xalq artistinin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi » Memur.az

Xalq artistinin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artistinin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdiXalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Trend-ə açıqlamasında Güllü Hüseynova qeyd edib ki, Rəmiş hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir:

“Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, xəstənin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”.