Fəttah Heydərov dəfn olundu - YENİLƏNİB » Memur.az

Fəttah Heydərov dəfn olundu - YENİLƏNİB

Fəttah Heydərov dəfn olundu - YENİLƏNİBAzərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dəfn olunub.

Oxu.Az xəbər verir ki, mərhum deputatın dəfnində ailə üzvləri, Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Müdafiə Sənayesi naziri Mədət Quliyev və deputatlar iştirak edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun dəfn mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, 82 yaşında vəfat edən F.Heydərovun cənazəsi I Fəxri xiyabana gətirilib. 

Mərasimdə onun ailə üzvləri və yaxınları iştirak edir.

10:03

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərovun nəşinin dəfn olunacağı məkan açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, mərhum Birinci Fəxri xiyabanda dəfn olunacaq