Tarix : 2-08-2020, 10:00 | Bölmə: medeniyyet

Xaçmaz polisi şəhid ailələrinə və aztəminatlı sakinlərə bayram sovqatı payladıXaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları İslam aləmində ən müqəddəs bayramlardan olan Qurban bayramı münasibətilə rayonda yaşayan torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan ümumilikdə 174 aztəminatlı ailəyə bayram sovqatları paylayıblar.

Şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə qurban payları və müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edən polislər onları təbrik ediblər.

Bayram ərəfəsində Xaçmaz RPŞ tərəfindən həyata keçirilən bu təşəbbüs vətəndaşlar tərəfindən böyük sevinclə qarşılanıb, onlar göstərilən diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, RPŞ-nin rəisinə və bütün polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər