Ledi Qaqa Avropa Oyunlarının açılışında mahnı oxudu » Memur.az

Ledi Qaqa Avropa Oyunlarının açılışında mahnı oxudu

Ledi Qaqa Avropa Oyunlarının açılışında mahnı oxudu

“Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar Bakıya gələn məşhur amerikalı şou-biznes ulduzu Ledi Qaqa səhnəyə çıxıb.

APA-nın məlumatına görə, sənətçi piano arxasında əyləşərək, “İmagine” ("Xəyal et") mahnısını ifa edib.

Sözləri Con Lennonun (John Lennon) klassik pop mahnısına aid olan musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir.

Tamaşaçılar ifanı alqışlarla qarşılayıblar.
***
21:33

Məşhur amerikalı şou-biznes ulduzu Ledi Qaqa “Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar Bakıya gəlib.

APA-nın məlumatına görə, sənətçi Avropa Oyunlarının rəsmi açılış mərasimində mahnı ifa edəcək