Qırğızıstanda məscidlər açıldı » Memur.az

Qırğızıstanda məscidlər açıldı

Qırğızıstanda məscidlər açıldıQırğızıstanda koronavirusla əlaqədar martın 21-dən qapadılan məscidlər yenidən dindarların istifadəsi üçün açılıb.

“Anadolu” agentliyi xəbər verir ki, göstərişə əsasən, məscidə daxil olan insanların hərarəti ölçüləcək, onlara tibbi maska paylanılacaq.

Camaat namazları qılınarkən isə dindarlar arasında azı 1,5 metr sosial məsafə gözlənilməlidir.

Qırğızıstanın baş müftisi Maksatbek Toktomuşev verilən qərara görə hökumətə öz minnətdarlığını bildirib.